Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 43 451 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 181 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 869 nəfər koronavirusdan ölüb, 5 052 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.