...

Yaponiyada 110 mindən çox ev tayfun səbəbindən işıqsız qalıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2020 05:33 (UTC +04:00)
Yaponiyada 110 mindən çox ev tayfun səbəbindən işıqsız qalıb

Bakı. Trend:

Yaponiyanın Kyuşu adasında ən az 117 min ev "Maysak" tayfununun səbəb olduğu güclü yağışlar və külək nəticəsində elektrik enerjisiz qaldı.

Trend-in məlumatına görə, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilib ki, Saqa, Kumamoto və Fukuoka prefekturalarının ərazisində elektrik enerjisinin kəsilməsi halları qeyd edilib.

Lakin bu cür hadisələrin çoxu Naqasaki prefekturasında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti