...

İsraildə koronavirusdan sağalanların sayı 100 min nəfəri ötüb

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 07:14 (UTC +04:00)
İsraildə koronavirusdan sağalanların sayı 100 min nəfəri ötüb

Bakı. Trend:

İsraildə ötən gün yeni növ koronavirusa 1 964 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 126 419 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 100 357 nəfəri sağalıb, 993 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 25 069 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti