...

Braziliyada koronavirusdan ölənlərin sayı 125 min nəfəri ötüb

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 03:19 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 125 min nəfəri ötüb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 50 163 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 091 801 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 888 nəfər ölüb, ölənlərin ümumi sayı 125 502 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti