...

Hindistanda koronavirusa yoluxanların sayı 4 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 08:58 (UTC +04:00)
Hindistanda koronavirusa yoluxanların sayı 4 milyon nəfəri ötüb

Bakı. Trend:

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 86 432 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 023 179 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxanlardan 69 561 nəfəri vəfat edib, 3 107 223 nəfəri isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Qeyd edilir ki, ölkədə aktiv koronavirus xəstələrinin sayı 846 395 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti