...

Venesuelada ilin əvvəlindən inflyasiya 1 000 faizi ötüb

Dünya xəbərləri Materials 10 Sentyabr 2020 02:31 (UTC +04:00)
Venesuelada ilin əvvəlindən inflyasiya 1 000 faizi ötüb

Bakı. Trend:

Venesuelada cari ilin 8 ayı ərzində qiymət artımı 1 000 faizdən çox olub.

Trend-in verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Assambleyasının (birpalatalı parlament) Maliyyə Komitəsinin "Twitter"dəki məlumatında deyilir.

Məlumatda bildirilir: "Avqust ayında inflyasiya 25,04 faiz, ilin əvvəlindən yığılmış isə 1 079,67 faiz təşkil edib".

Qeyd edilir ki, illik qiymət artımı 3 078 faiz təşkil edib.

Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon qaçqın və miqrant tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir. Bəzi proqnozlara görə, 2020-ci ildə onların sayı 6,5 milyon nəfərə qədər arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti