...

Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb

Dünya xəbərləri Materials 20 Sentyabr 2020 00:29 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb

Bakı. Trend:

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 617 nəfər yoluxub.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 50 378 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 46 645 nəfəri sağalıb, 421 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti