...

Yaponiya oktyabr ayında xaricilər üçün ölkəyə girişi qismən açmaq niyyətindədir

Dünya xəbərləri Materials 23 Sentyabr 2020 07:13 (UTC +04:00)
Yaponiya oktyabr ayında xaricilər üçün ölkəyə girişi qismən açmaq niyyətindədir

Bakı. Trend:

Yaponiya oktyabrın əvvəlində koronavirus pandemiyası səbəbi ilə xarici vətəndaşlar üçün ölkəyə girişə qoyulan məhdudiyyətləri qismən ləğv etmək niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məhdudiyyətlər ölkəyə tibbi, təhsil və iş məqsədi ilə gələnlər üçün ləğv edilə bilər.

Məlumata əsasən, ölkəyə girişlə bağlı məhdudiyyətlərin qismən ləğv edilməsinin turistlərə aidiyyəti olmayacaq.

Bildirilir ki, ölkəyə gələnlər uçuşdan əvvəl koronavirus testindən keçməlidirlər və testin nəticəsi mənfi olmalıdır, Yaponiyaya gəldikdən sonra isə iki həftəlik karantində qalmalıdırlar.

Qeyd edilir ki, təxminən noyabr ayında Yaponiyanın böyük şəhərlərdəki, o cümlədən Tokio, Osaku, Fukuoku, Naqoyu və Sapporodakı hava limanları bir gündə 20 min nəfərədək sərnişin qəbul edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti