Bakı. Trend:
İsveçrənin Sankt-Qallen əyalətində yeniyetmə futbolçuları matç zamanı ildırım vurub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Xəsarət alan futbolçuların 15-16 yaşları var.
Qeyd olunur ki, ildırım əvvəlcə işıq dirəyini vurub, oradan elektrik kütləsi yerə keçərək futbolçuların xəsarət almasına səbəb olub.