...

İsraildə koronavirusa yoluxanların sayı 250 min nəfəri ötüb

Dünya xəbərləri Materials 2 Oktyabr 2020 07:17 (UTC +04:00)
İsraildə koronavirusa yoluxanların sayı 250 min nəfəri ötüb

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 996 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 253 490 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 179 468 nəfəri sağalıb, 1 622 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 72 399 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti