Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 014 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 671 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 340 450 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 396 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 298 368 nəfər təşkil edir.