...

İran parlamentinin spikeri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 28 Oktyabr 2020 08:25 (UTC +04:00)
İran parlamentinin spikeri koronavirusa yoluxub

Bakı. Trend:

İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.

B.Qalibaf deyib: "Mənim apparatımın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir".

Bildirilir ki, B.Qalibaf hazırda karantindədir, lakin vəzifəsini icra etməyə davam edəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti