...

Britaniya XİN rəhbəri koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib

Dünya xəbərləri Materials 6 Noyabr 2020 03:19 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə XİN-nin nümayəndəsi xəbər verib.

Nümayəndə bildirib: "Xarici işlər naziri yaxın zamanda koronavirusa yoluxmuş şəxslə təmasda olduğu barədə məlumatlandırılıb. Xarici işlər naziri tələb olunan müddət üçün dərhal özünü təcrid edib".

Qeyd edilir ki, D.Raab vəzifəsini məsafədən icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti