...

Braziliyada bir gündə koronavirusa 35 294 nəfər yoluxub

Dünya xəbərləri Materials 18 Noyabr 2020 09:36 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 35 294 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 911 758 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 685 nəfər ölüb, ölənlərin ümumi sayı 166 699 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti