...

İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir

Dünya xəbərləri Materials 24 Noyabr 2020 03:34 (UTC +04:00)
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir

Bakı. Trend:

İspaniya Kralı VI Felipe yeni növ koronavirusa (COVİD-19) yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Kral koronavirusa yoluxmuş şəxslə noyabrın 22-də təmasda olub. Normalara uyğun olaraq İspaniya Kralı 10 gün müddətinə karantində olacaq.

Qeyd edək ki, İspaniyada yeni növ koronavirusa 1,58 milyondan artıq yoluxma qeydə alınıb. Koronavirusa yoluxanlardan 43 min nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti