...

İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır

Dünya xəbərləri Materials 25 Noyabr 2020 05:02 (UTC +04:00)
İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır

Bakı. Trend:

İsveçrə prokurorluğu Luqano şəhərində yerləşən mağazada iki qadına bıçaqla hücum edən qadına qarşı cinayət istintaqı başlayıb.

Trend-in məlumatına görə, bu barədə Federal polis idarəsi öz "Twitter" səhifəsində bildirib.

Qeyd edilib ki, terror aktı törədilməsi versiyasi araşdırılır:

"24 noyabrda Luqanodaki mağazada terror hücumu edildiyi ehtimal edilir. Federal prokurorluq cinayət işi açıb".

“20 Dəqiqə” məlumat portalının verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən saat 14:00-da ölkənin Luqano şəhərində (Tiçino kantonu) yerləşən böyük mağazalardan birində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti