...

Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib

Dünya xəbərləri Materials 4 Dekabr 2020 21:34 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 509 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 903 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 520 070 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 811 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 423 142 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti