...

Türkiyədə koronavirusdan sağalanların sayı 1,8 milyonu keçib

Dünya xəbərləri Materials 15 Dekabr 2020 02:05 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 1,8 milyonu keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 229 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 16 646 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 29 617 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 1 866 345 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 28 164 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 631 944 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti