...

Moskvada koronavirusdan daha 76 nəfər ölüb

Dünya xəbərləri Materials 24 Dekabr 2020 02:35 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 756 586 nəfərə çatıb, virusdan ölənlərin sayı 10 689 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti