...

Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu keçib

Dünya xəbərləri Materials 26 Dekabr 2020 21:21 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu keçib

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 80 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 80 027 056 nəfərə çatıb. Onlardan 1 753 313 nəfəri ölüb, 45 145 454 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (18 771 885), Hindistanda (10 169 118) və Braziliyada (7 448 560) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti