...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 616 mindən çox artıb

Dünya xəbərləri Materials 3 Yanvar 2021 02:25 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 616 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 616 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 616 069 nəfər yeni koronavirusa yoluxub, 10 697 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 82 579 768, ölənlərin isə 1 818 849 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti