...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 735 mindən çox artıb

Dünya xəbərləri Materials 7 Yanvar 2021 23:45 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 735 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 735 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 735 944 nəfər yeni koronavirusa yoluxub, 13 968 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 85 929 428, ölənlərin isə 1 876 100 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti