...

Yaponiyada 4 nəfər koronavirusun "Braziliya" ştammına yoluxub

Dünya xəbərləri Materials 10 Yanvar 2021 18:23 (UTC +04:00)
Yaponiyada 4 nəfər koronavirusun "Braziliya" ştammına yoluxub

Bakı. Trend:

Yaponiyada Braziliyadan səfərdən qayıdan 4 nəfərdə koronavirusun yeni ştammı aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyindən bildirilib.

Məlumata əsasən, yeni ştamma yoluxan şəxslər Yaponiyaya Tokionun Haneda hava limanı vasitəsi ilə gəliblər. Yoluxanlardan ikisinin uşaq olduğu bildirilir.

Qeyd edilir ki, Braziliya ştammı daha əvvəl aşkarlanan Böyük Britaniya və CAR ştammlarından fərqlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti