...

İranda daha 5 968 nəfər koronavirusa yoluxub, 71 nəfər ölüb

Dünya xəbərləri Materials 10 Yanvar 2021 16:05 (UTC +04:00)
İranda daha 5 968 nəfər koronavirusa yoluxub, 71 nəfər ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 5 968 nəfər koronavirusa (COVID 19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 286 406 nəfərə çatıb. Virus daşıyıcılarından 4 664 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 71 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 56 171 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 074 887 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,15 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona və 192 rayon mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti