...

Qazaxıstanda koronavirusa yoluxanların sayı 170 minə çatır

Dünya xəbərləri Materials 18 Yanvar 2021 08:23 (UTC +04:00)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 170 minə çatır

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 003 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 169 099 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 153 503 nəfəri sağalıb, 2 349 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti