...

Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib

Dünya xəbərləri Materials 21 Yanvar 2021 15:53 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın olan binada 4 nəfər olub. Onlardan 3 nəfəri xilas edilib.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd edək ki, həmin institutda Hindistan "AstraZeneca" şirkəti və Oksford Universiteti ilə birgə "Covishield" vaksinini istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti