...

Mərakeş Kralı koronavirusa qarşı peyvənd olundu

Dünya xəbərləri Materials 29 Yanvar 2021 07:38 (UTC +04:00)
Mərakeş Kralı koronavirusa qarşı peyvənd olundu

Bakı. Trend:

Mərakeş Kralı VI Məhəmməd yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunub.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, Kral ölkədə koronavirusa qarşı vaksinasiya olunan ilk vətəndaşlardan biri olub.

Xatırladaq ki, daha əvvəl BMT-nin baş katibi Antoniu Quterreş koronavirusa qarşı vaksinasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti