...

İranda koronavirusdan ölənlərin sayı 58 min nəfəri keçib

Dünya xəbərləri Materials 1 Fevral 2021 15:22 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 58 min nəfəri keçib

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 79 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 038 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 597 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 424 596 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 216 305 nəfər koronavirusdan sağalıb. İndiyədək 9,34 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti