...

İranda 79 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 3 Fevral 2021 14:48 (UTC +04:00)
İranda 79 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 79 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 189 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 870 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 438 286 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 838 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 229 391 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 9,44 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti