...

Türkiyədə son sutkada koronavirusdan 8 314 nəfər sağalıb

Dünya xəbərləri Materials 3 Fevral 2021 23:44 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 8 314 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 117 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 354 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 8 102 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 501 079 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 314 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 387 384 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti