...

Braziliyada koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 19 Fevral 2021 00:50 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötüb

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 10 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, ötən sutka Braziliyada koronavirusa 51 879 yoluxma halı qeydə alınıb, 1 367 nəfər koronavirusdan ölüb.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 10 030 626 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 243 457 nəfəri vəfat edib, 9 milyona yaxın insan isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti