...

Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Fevral 2021 18:16 (UTC +04:00)
Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Nigeriyanın paytaxtı Abuci şəhərində Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 7 nəfər, o cümlədən 2 heyət üzvü həlak olublar.

Bildirilir ki, qəzaya səbəb təyyarənin mühərriklərindən birinin sıradan çıxması olub.

XXX

17:23

Nigeriyanın paytaxtı Abuci şəhərində təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb.

Qəza nəticəsində zərər çəkənlər barədə məlumat verilmir.

"Reuters" agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuci aeroportuna enməyə hazırlaşırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti