...

ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir

Dünya xəbərləri Materials 14 Aprel 2021 03:33 (UTC +04:00)
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir

Bakı. Trend:

ABŞ İranın uranı 60 faizə qədər zənginləşdirməyə başlamaq niyyətinin təxribat olduğunu hesab edir.

Trend-in məlumatına görə, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, İranın bu addımı Tehranın nüvə probleminin həllinə yönəlmiş danışıqlara bağlılığına şübhə yaradır: "İranın uranı 60 faizə qədər zənginləşdirmək niyyəti ilə bağlı təxribat xarakterli açıqlamasını ciddi qəbul edirik. "5+1" qrupu bunu rədd etməlidir. Bu addım İranın nüvə danışıqları ilə əlaqəli ciddiliyini şübhə altına alacaq və Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı bağlılığa qayıtmağın vacibliyini vurğulayır".

Xatırladaq ki, ötən gün İranın xarici işlər nazirinin müavini Abbas Araqçı ölkəsinin aprelin 14-dən uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti