...

Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var

Dünya xəbərləri Materials 14 Aprel 2021 05:44 (UTC +04:00)
Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var

Bakı. Trend:

Misirin cənubunda sərnişin avtobusu ilə benzin daşıyan maşın toqquşub.

Trend-in "Al Shorouq" nəşrinə istinadən verdiyi məlumata görə, toqquşma Asyut-Qırmızı dəniz avtomobil yolunda baş verib. Paytaxt Qahirədən Sohaq şəhərinə gedən avtobusun sürücüsü qaranlıqda yolun kənarında duran benzin daşıyan maşını görməyib və yüksək sürətlə yük maşınına çırpılıb.

Toqquşma nəticəsində yanğın başlayıb və avtobus tamamilə yanıb. Qəzada təxminən 22 nəfər həlak olub, 4 nəfər isə sağ qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti