Somalidə avtobus partladılıb - 17 ölü

Dünya xəbərləri Xəbər 14 Aprel 2021 17:39 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Somalinin paytaxtı Moqadişo yaxınlığında sərnişinlərin olduğu avtobus partladılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 17 nəfər həlak olub.

Qeyd olunur ki, avtobus minaya düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır. Hələlik, məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti