...

Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib

Dünya xəbərləri Materials 18 Aprel 2021 06:38 (UTC +04:00)

Bakı. Trend:

Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda mərkəz sağ "KREO Hərəkatı"nı təmsil edən Qilyerme Lasso 52,36 səs toplayıb. Beləliklə, o yeni dövlət başçısı seçilib.

Trend-in məlumatına görə, bu barədə bülletenlərin 100 faizinin yoxlandıqdan sonra ölkənin Milli Seçki Şurası bildirib.

Məlumata əsasən, Q.Lassoya 4 656 426 seçici səs verib. Mərkəz-sol koalisiya "Ümid naminə Birliyi" təmsil edən rəqibi Andres Arausa 4 236 515 seçici dəstək göstərib (47,64 %)

Qeyd edək ki, Ekvadorda prezident seçkilərinin ikinci turu 11 aprel tarixində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti