Lukaşenko Rusiyaya səfər edib

Dünya xəbərləri Xəbər 22 Aprel 2021 11:49 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.

Trend-in məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti bildirib.

A.Lukaşenkonun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Görüş zamanı ikitərəfli əməkdaşlığın, ticari-iqtisadi münasibətlərin inkişafının müzakirəsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti