...

Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 23 Aprel 2021 12:17 (UTC +04:00)
Polşa səfiri Rusiya XİN-ə çağırılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, səfir üç rusiyalı diplomatın Polşada persona-non qrata elan edilməsi ilə bağlı çağırılıb.

Rusiya XİN bu addıma cavab olaraq Polşanın 5 diplomatının ölkədən çıxarılacağını elan edib.

Qeyd edək ki, son günlərdə ABŞ, Çexiya və Slovakiya rusiyalı diplomatların ölkədən çıxarılmasını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti