...

Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV

Dünya xəbərləri Materials 8 May 2021 07:25 (UTC +04:00)
Şərqi Qüdsdə toqquşmalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb - KİV

Bakı. Trend:

Şərqi Qüdsdə israil polisləri ilə toqquşamalar zamanı 200-ə yaxın fələstinli xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, əsas toqquşmalar Əl-Əqsa məscidi yaxınlığında baş verib. Polislər məscidə gələnlərə rezin güllələrlə atəş açıblar, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Şərqi Qüdsdəki hadisələrlə əlaqədar Fələstin Prezidenti Mahmud Abbas ölkəsinin BMT-dəki nümayəndəsi Riyad Mansura Təhlükəsizlik Şurasının iclasını çağırmaq təşəbbüsü ilə çıxış etməyi tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti