...

Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb

Dünya xəbərləri Materials 17 May 2021 02:02 (UTC +04:00)
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb

Bakı. Trend:

Kanadanın Etobiko şəhərində baş verən atışma nəticəsində ən az beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə CBC televiziya kanalı yerli polisə istinadən bildirib.

Məlumata əsasən, xəsarət alanlardan birində həyati əlamət yoxdur, digər dörd nəfər ağır yaralanıb.

Polis hadisə yerində axtarış aparır. Bildirilib ki, cinayətkarlar qara rəngli avtomobildə qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti