...

Ermənistanda parlament seçkilərində 64 qanun pozuntusu qeydə alınıb

Dünya xəbərləri Materials 20 İyun 2021 17:23 (UTC +04:00)
Ermənistanda parlament seçkilərində 64 qanun pozuntusu qeydə alınıb

Bakı. Trend:

Ermənistan Baş Prokurorluğu bu gün keçirilən vaxtından əvvəl parlament seçkiləri zamanı 64 pozuntu halını qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.

Onun sözlərinə görə, qanun pozuntuları barədə məlumatlar polisdən, seçki iştirakçılarından, müşahidəçilərdən və mediadan əldə edilib.

E.Arsenyan deyib ki, pozuntular səsvermə sirrinin pozulması, təkrar səsvermə, rüşvət vermə, əmlaka ziyan, seçki hüquqlarının pozulması, zor tətbiq etmə ilə əlaqəlidir:

"Seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti