...

Apple iPhone 12 Mini smartfonun istehsalını dayandırıb

Dünya xəbərləri Materials 23 İyun 2021 00:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın "Apple" şirkəti satışları az olduğu üçün iPhone 12 Mini smartfon modelinin istehsalını dayandırdı.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə TrendForce marketinq şirkəti məlumat verib.

Onun sözlərinə görə, Apple bu modeli istehsalını 2021-ci ilin ikinci rübündə dayandırıb, çünki satış rəqəmləri eyni seriyanın digər modellərinin - iPhone12, iPhone 12 Pro və iPhone 12 Pro Max satışlarından xeyli aşağı olub.

TrendForce-a görə, şirkət, ehtimala görə, yeni iPhone 12s seriyası daxilində üç model təqdim edəcək, lakin smartfonun mini versiyasını buraxmaqdan imtina edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti