...

İranda ötən sutka koronavirusdan 112 nəfər ölüb

Dünya xəbərləri Materials 23 İyun 2021 14:13 (UTC +04:00)
İranda ötən sutka koronavirusdan 112 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 112 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 83 329 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 059 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 128 395 nəfərə çatıb. Virus daşıyıcılarından 3 236 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 784 014 nəfər koronavirusdan sağalıb, 22,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 5,42 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,02 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 22 rayon qırmızı və 175 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 251 rayon sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti