Bakı. Trend:
Kolumbiyada ötən sutka ərzində koronavirusdan rekord sayda - 693 ölüm halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bundan öncəki antirekord iyunun 24-də qeydə alınmışdı - 689 ölüm halı.
Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 104 014 nəfər çatıb.
Bildirilir ki, ötən sutka koronavirusa 29 099 yoluxma halı aşkarlanıb, 33 594 nəfər isə koronavirusdan sağalıb. Hazırkı dövrədək koronavirusa 4 126 340 nəfər yoluxub, 3 829 487 nəfər isə koronavirusdan sağalıb.