...

Dominikanda koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya xəbərləri Materials 30 İyun 2021 06:09 (UTC +04:00)

Bakı. Trend:

Dominikan Respublikasında koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi 45 gün müddətinə uzadılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə rəhbərliyi qərar qəbul edib.

Məlumata əsasən, qərar iyulun 14-ü qüvvəyə minəcək (hazırda qüvvədə olan fövqəladə vəziyyət rejiminin birmə tarixi).

Qeyd edək ki, Dominikan Respublikasında koronavirusa 324 mindən artıq yoluxma halı qeydə alınıb, 3 801 nəfər isə koronavirusdan vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti