...

Türkiyədə "Delta plus" ştammına yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 6 İyul 2021 13:18 (UTC +04:00)
Türkiyədə "Delta plus" ştammına yoluxma faktı qeydə alınıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyədə koronavirusun "Delta plus" ştammına yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, bu ştamm Türkiyənin 3 vilayətində 3 nəfərdə qeydə alınıb. Nazir həmin şəxslərin xəstəliyi yüngül keçirdiyini deyib.

Bundan başqa, Türkiyədə "delta" ştammına yoluxanların sayı 284 nəfərə çatıb. Həmin variant 30 vilayətdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti