...

Yaponiyada Olimpiya oyunlarının iştirakçısı itkin düşüb

Dünya xəbərləri Materials 16 İyul 2021 16:42 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyada yay Olimpiya oyunlarında iştirak edəcək Uqanda milli komandasının idmançısı itkin düşüb.

Trend-in məlumatına görə, 20 yaşlı ağır atlet Culius Sekitoleko səhər saatlarında hoteli təkr edəndən sonra itib.

Qeyd olunur ki, idmançılar günorta saatlarında koronavirusa qarşı test verməli idilər.

Hazırda polis idmançının axtarışlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti