...

Ukraynada qəzaya uğrayan təyyarədə üç amerikalı ölüb

Dünya xəbərləri Materials 28 İyul 2021 22:26 (UTC +04:00)
Ukraynada qəzaya uğrayan təyyarədə üç amerikalı ölüb

Bakı. Trend:

Ukraynanın İvano-Frankovsk bölgəsində kiçik idman təyyarəsinin qəzaya uğraması nəticəsində üç ABŞ vətəndaşı ölüb.

Trend TASS -a istinadən xəbər verir ki, bu barədə yerli hüquq -mühafizə orqanları məlumat yayıb.

Daha əvvəl Ukraynanın Fpvqəladə Hallar üzrə Dövlət Təcili Xidməti təyyarənin fərdi yaşayış binasına düşərək yandığını və nəticədə dörd nəfərin həlak olduğunu bildirib.

Hadisə yerində müstəntiqlər, məhkəmə ekspertləri və digər xidmətlər araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti