Bakı. Trend:
Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib.
Nazir bildirib: "Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib".
Qeyd edək ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.