...

Haitidə daha bir zəlzələ olub

Dünya xəbərləri Materials 15 Avqust 2021 08:50 (UTC +04:00)
Haitidə daha bir zəlzələ olub

Bakı. Trend:

Haitidə 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Le-Ke kommunasından 35 kilometr aralıda, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, ötən gün Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 304 nəfər həlak olub, 1,8 min nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti